"Barselona" "Vilyarreal"ı məğlub edib

İspaniya La Liqasının XV turunda "Barselona" doğma meydanda "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub edib.

 

Presssport.az xəbər verir ki, görüşdə hesabı 5-ci dəqiqədə qonaqların futbolçusu Tayron Byukenan açıb. Tani Oluvaseyi 7-ci dəqiqədə fərqi iki topa çatdırıb.

 

"Barselona" Lamin Yamalın 23-cü dəqiqədə penaltidən yararlana bilməməsinə baxmayaraq, fasilədən sonra hesabı dəyişməyi bacarıb.

 

Jerar Martin 57-ci dəqiqədə fərqi azaldıb, Fermin Lopes 61-ci dəqiqədə bərabərliyi təmin edib. 67-ci dəqiqədə isə "Vilyarreal"ın futbolçusu Pau Navarro avtoqol müəllifi olub.

 

Əlavə olunmuş vaxtda Pau Navarro ikinci sarı vərəqə alaraq meydandan qovulub.

 

Bu qələbədən sonra xallarını 36-ya çatdıran "Barselona" turnir cədvəlinə başçılıq edir. "Vilyarreal" isə 15 xalla 9-cu pillədə qərarlaşıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC