"Buraxdığımız ilk qol bizi çətin vəziyyətə saldı"

"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının 12-ci turu çərçivəsində "Neftçi"yə məğlub oldqları matç (1:3) barədə fikirlərini bölüşüb.

 

Presssport.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

"Bilirdik ki, lider komandaya qarşı oynayacağıq. Daha çox topa nəzarət etməyə çalışırdıq. Lakin buraxdığımız ilk qol bizi çətin vəziyyətə saldı. Birinci hissədə hesabı bərabərləşdirmək istəyirdik. İkinci hissədə də qollar buraxdıq və istədiyimiz nəticəni əldə edə bilmədik".

Aydındır ki, futbolu yalnız 11 oyunçu oynamır. Əvəzləməli olduğumuz futbolçular var idi, zədəlilərimiz oldu. Gənc oyunçulara da şans verdik. Qol buraxmağımız problemdir, amma buna baxmayaraq, yolumuza davam edirik".

 

- Ağadadaş Salyanskinin bu matçda oynamamasının səbəbi nə idi? Onun yoxluğu komandaya nə dərəcədə təsir etdi?

 

- Ağadadaş “Neftçi”dən icarəyə götürüldüyü üçün bu komandaya qarşı oynamaq hüququ yox idi. Növbəti turda da Abdulal Rzayev “Sabah”a qarşı meydana çıxa bilməyəcək. Çünki o da “Sabah”dan icarəyə götürülüb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC