Mahir oynadı, komandası qalib gəldi

Polşa Ekstraklasasında 15-ci turun oyunları keçirilir. 

 

Presssport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" doğma meydanda "Vidzev"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

"Rakuv" - "Vidzev" - 3:1


Qollar: Oskar Repka, 17, Boqdan Rakovitsan, 82, Patrik Makux, 89-pen. – Yulyan Şehu, 52

 

Mahir Emreli matça start heyətində başlayıb və görüşün 77-ci dəqiqəsində əvəzlənib. 

 

Bu qələbədən sonra xallarının sayını 15-ə çatdıran "Rakuv" turnir cədvəlinin 13-cü pilləsinə yüksəlib. "Vidzev" isə 14 xalla 16-cı sıradadır.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC