Mehman Allahverdiyev "Kəpəz" klubunun qonağı olub

Gəncə futbolunun əfsanəsi, "Kəpəz"in bütün uğurlarında əsas pay sahibi olan, komandaya 3 dəfə Azərbaycan çempionu titulunu, 4 dəfə ölkə kubokunu qazandıran Mehman Allahverdiyev klubumuzun qonağı olub. 

 

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Veteran futbolçunu səmimi qəlbdən salamlayan "Kəpəz" PFK İB-nın İdarə Heyətinin sədri Anar Abdullayev hazırda komandada görülən işlər, eləcə də gələcək planlar barədə məlumat verib. A.Abdullayev daima veteran futbolçulara diqqət və qayğı göstərilməsinin vacibliyini bildirib, vaxtilə "sarı-göylər"in heyətində çıxış etmiş oyunçuların həmişə "Kəpəz"in ev matçlarına dəvət edildiyini nəzərə çatdırıb. 

Öz növbəsində Mehman Allahverdiyev görüşə görə minnətdarlığını bildirib. Xatirələrini bölüşən veteran futbolçu hazırda "Kəpəz"in çıxışını izlədiyini söyləyib, komandaya uğurlar arzulayıb. 

Sonda qonağa xatirə hədiyyəsi bağışlanılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC