Türkiyə Superliqasında 12-ci turun oyunları keçirilir.
Presssport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Erzurumspor" doğma meydanda "Göztepe"ni qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 70-ci dəqiqədə Efkan Bekiroğlu vurub.
Millimizin üzvü Nəriman Axundzadə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və görüşü meydandan kənarda izləyib.
Bu məğlubiyyətdən sonra xallarını 14-də saxlayan "Erzurumspor" turnir cədvəlinin 13-cü pilləsinə geriləyib. "Göztepe" isə 18 xalla 8-ci sıradadır.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC