11 il sonra Premyer Liqada ən yüksək göstərici

“Liverpul”un yarımmüdafiəçisi Florian Virtz İngiltərə Premyer Liqasında son 11 ilin ən yaxşı göstəricilərindən birinə imza atıb.

 

Presssport.az xəbər verir ki, almaniyalı futbolçu çempionatın 12-ci turunda “Mançester Yunayted”ə qarşı keçirilən və komandasının 4:0 hesablı qələbəsi ilə başa çatan görüşdə açıq oyundan 10 qol fürsəti yaradıb. Bu statistikaya standart vəziyyətlərdən yaranan imkanlar daxil edilməyib.

 

Premyer Liqada sonuncu dəfə belə göstərici 2015-ci ilin martında qeydə alınıb. Həmin vaxt “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi David Silva “Vest Bromviç”lə qarşılaşmada açıq oyundan 11 qol imkanı yaratmağa nail olub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC