"Qırmızı şeytanlar" mövsümdə 34 qol buraxıb

“Mançester Yunayted” bu mövsüm Avropanın beş aparıcı liqasında ən çox qol buraxan komanda olub.

 

Presssport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 11-ci turunda “Liverpul”un qonağı olan Mançester təmsilçisi “Enfild” stadionunda 0:4 hesabı ilə məğlubiyyətə uğrayıb.

 

Bu qarşılaşmadan sonra “qırmızı şeytanlar”ın cari mövsümdə buraxdığı qolların sayı 34-ə çatıb. Bu isə Avropanın beş ən güclü çempionatında qeydə alınan ən zəif müdafiə göstəricisidir.

 

Siyahıda növbəti pillələri hərəyə 33 qol buraxan İngiltərənin “Kristal Pelas” və Almaniyanın “Union Berlin” klubları bölüşürlər.

 

İtaliya A Seriyasında mübarizə aparan “Sassuolo” və Fransa Liqa 1 təmsilçisi “Lans” isə qapılarında 32 qol görüblər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC