Bərdədə 40 gəncin iştirakı ilə “Gələcəyimi mən seçirəm” layihəsi həyata keçirilib

Gənclərin düzgün peşə seçimi, şəxsi inkişafı, hüquqi maarifləndirilməsi və təhlükəsiz gələcək qurması məqsədilə Bərdədə 4 günlük təlim proqramı təşkil olunub.

 

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 11-14 noyabr tarixlərində təşkil olunan layihə çərcivəsində 4 günlük təlim proqramı uğurla həyata keçirilib. Fondun 2026-cı ildə keçirdiyi “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi”nin qalibi olan layihə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində 40 gənci əhatə edib.

 

Müasir dövrdə əmək bazarının sürətlə dəyişməsi, peşə seçimi ilə bağlı çətinliklər və gənclərin emosional dayanıqlığının gücləndirilməsi zərurəti onların özünüdərk, emosional zəka və karyera planlaması bacarıqlarının inkişafını xüsusilə aktuallaşdırır. Eyni zamanda, erkən nikah, məişət zorakılığı və hüquqi məlumatsızlıq kimi sosial problemlər gənclərin öz hüquqlarını tanımasını, təhlükəsiz və müstəqil gələcək qurmaq üçün şüurlu qərarlar verməsini vacib edir. Layihənin də əsas məqsədi region gənclərinin şəxsi potensiallarını kəşf etmələrinə, maraq və bacarıqlarına uyğun peşə seçmələrinə, hüquqları barədə məlumatlılıqlarının artırılmasına, erkən nikah və məişət zorakılığı kimi sosial risklərə qarşı maarifləndirilmələrinə dəstək göstərmək olub.

 

Təlimlər zamanı iştirakçılar praktiki tapşırıqlar, qrup müzakirələri və interaktiv fəaliyyətlər vasitəsilə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

 

Layihə çərçivəsində iştirakçıların təlimlərdən əvvəl və sonra keçirilən qiymətləndirmələrinin nəticələri onların bilik səviyyələrində, mövzulara yanaşmalarında və düşüncə tərzlərində müsbət dəyişikliklərin müşahidə olunduğunu göstərib. Bu nəticələr təlimlərin gənclərin maarifləndirilməsinə, tənqidi düşünmə və şüurlu qərarvermə bacarıqlarının inkişafına töhfə verdiyini nümayiş etdirib.

 

Layihənin açılış və bağlanış tədbirlərində Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, Qarabağ Regional Gənclər və İdman idarəsinin Bərdə Gənclər və İdman Sektorunun nümayəndələri və digər rəsmilər layihə ilə bağlı fikirlərini bölüşüblər.

 

Layihə rəhbəri Aysel Yusifovanın təşəbbüsü ilə reallaşdırılan proqram gənclərin öz potensiallarını kəşf etmələrinə, hüquqlarını tanımalarına və gələcəkləri ilə bağlı daha şüurlu qərarlar qəbul etmələrinə dəstək göstərməyi hədəfləyib.

 

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC