AFFA-dan Premyer Liqa klublarına 7600 manatlıq cərimə

AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının XXXI turu ilə bağlı qərarları açıqlanıb.

Presssport.az xəbər verir ki, qurumun bu gün baş tutan iclasında 5 oyunda qeydə alınan qayda pozuntuları müzakirə mövzusu olub.

“Turan Tovuz” – “Sumqayıt” oyununda meydan sahibləri 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. “Turan Tovuz” matçın birinci hissəsi bitdikdən sonra azarkeşləri tərəfindən meydana kənar əşya atıldığından 800 manat cərimə olunub. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün bölgə təmsilçisi 800 manat ziyana düşüb. “Sumqayıt" isə 4 futbolçusu sarı vərəqə aldığından 700 manat cərimələnib.

“Qarabağ” – “Qəbələ” oyununun 66-cı dəqiqəsində azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün Ağdam təmsilçisi 1500 manat cərimə edilib.

“Zirə” – “Neftçi” matçının 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ceyhun Nuriyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu isə 500 manat cərimələnib. "Zirə" görüş bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə isə 800 manat cərimə ödəyəcək.

“Kəpəz” – “Sabah” görüşünün 87-ci dəqiqəsində azarkeşlər tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimələnib.

“Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə bölgə təmsilçisi 800 manat cərimə edilib.

Beləliklə, Premyer Liqa klublarına 7600 manat cərimə kəsilib. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC