Parabadmintonçumuz növbəti dəfə bürünc medal qazanıb

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Toledo şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.

Presssport.az xəbər verir ki, türkiyəli İlker Tuzcu ilə birgə mübarizə aparan idmançı qrup mərhələsini uğurla tamamlayıb və yarımfinala vəsiqə qazanıb.

Cütlük yarımfinal qarşılaşmasında Malayziya təmsilçilərinə məğlub olaraq bürünc medala sahib çıxıb.

Xatırladaq ki, Əliyev bir həftə əvvəl İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə də qoşa yarışda bürünc mükafat əldə edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC