Kişi parataekvondo millimiz Avropa çempionu olub

Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıb.

Presssport.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Medalların əyarına görə milli komandamız Avropa çempionu olub. İkinci pillədə Türkiyə qərarlaşıb, AİN isə 3-cü olub.

Xatırladaq ki, komandamız turnirdə baş məşqçi Fərdi Tağızadənin rəhbərliyi altında 3 idmançı ilə iştirak edib. Parataekvondoçularımızdan İmaməddin Xəlilov (70 kq) qızıl, Əbülfəz Abuzərli (80 kq) isə gümüş medal qazanıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC