AFFA və PFL-in təşkilatçılığı ilə mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib

Bu gün AFFA və PFL-in təşkilatçılığı ilə mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib.

Presssport.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, məşğələlərdə Azərbaycan Premyer Liqasında və I Liqada mübarizə aparan klubların, həmçinin AFFA və PFL-in mətbuat xidmətinin əməkdaşları iştirak ediblər.

Seminarda ilk olaraq PFL-in texniki-idman direktoru Elgiz Abbasov çıxış edərək, stadionlarda media infrastrukturu, media yanaşma, miks zonalar, televiziya yayımı ilə bağlı problemlər barədə məlumat verib.

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli federasiya ilə klublar arasında media münasibətlərindən, PFL-in mətbuat katibi Sənan Abdullayev isə oyunlardan sonra mətbuat konfransları və miks zonalar zamanı yaranan problemlərdən söz açıblar.

AFFA Oyun Əməliyyatları Departamentinin rəhbəri Emin Cəfərov AFFA nümayəndəsinin media ilə bağlı işlər zamanı apardığı qeydləri sadalayıb, ölkədaxili yarışlar zamanı ən çox rast gəlinən narahatlıqları nəzərə çatdırıb.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov stadionlarda hazırlıq və media nümayəndələrinin davranış planlaması ilə bağlı Avropa təcrübəsi, eləcə də lisenziyalaşdırma zamanı media tələbləri haqqında fikirlərini bölüşüb.

“CBC Sport” telekanalının proqram direktoru Rüstəm Əfsərli yayım prosesi zamanı ortaya çıxan çətinliklərdən bəhs edib və klub nümayəndələrinin yayımçı şirkətlə əlaqələri ilə bağlı qeydlərini bildirib.

Müxtəlif mövzularda diskussiyalar aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC