AFFA İntizam Komitəsi I Liqada çıxış edən “İmişli”nin futbolçusu Qilyerme Silva 5 oyunluq cəzalandırılıb.
Presssport.az xəbər verir ki, buna braziliyalı müdafiəçinin XXVI turda "Araz Saatlı" ilə matçda (1:2) etdiyi xoşagəlməz hərəkət səbəb olub.
Belə ki, “sambaçı” təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqibi vurmağa cəhd edib və bu səbəbdən 4 oyunluq cəza alıb. Aprelin 17-də verilən 3 aylıq sınaq müddəti başa çatmayan Silva növbəti dəfə qırmızı vərəqə gördüyü üçün həmin tarixdəki 1 matçlıq şərti cəza əlavə edilib. “İmişli” legionerə görə 300 manat cərimələnib.
"Araz Saatlı"ya isə 70 manat cərimə kəsilib. Buna komandanın 4 futbolçusunun sözügedən qarşılaşmda sarı vərəqə alması səbəb olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC