Almaniya Bundesliqasında yenicə başa çatan 2023/24 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Presssport.az xəbər verir ki, məğlubiyyətsiz çempion olan "Bayer"in yarımmüdafiəçisi Florian Virts mövsümün ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Almaniya millisinin üzvü olan 20 yaşlı Virts bu mövsüm ölkə çempionatında meydana çıxdığı 32 matçda 11 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Onu da bildirək ki, Florian “Qarabağ"la Avroliqa matçında dubla imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC