İyunun 1-dən 2-dək Azərbaycanda “Gimnastika hamı üçün” növü üzrə II Bakı Beynəlxalq “Challenge”i keçiriləcək.
Presssport.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, yaşından və fiziki hazırlıq səviyyəsindən aslı olmayaraq, bütün insanları birləşdirəcək yarışda Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən ümumilikdə 60-a yaxın komanda iştirak edəcək.
İştirakçılar iki yaş kateqoriyası - 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramları üzrə bacarıqlarını nümayiş etdirəcək. Tədbirin keçirilməsində məqsəd gimnastikanın, sadəcə, idman növü deyil, həm də sağlam həyat tərzi nümunəsi və əyləncə forması olduğunu göstərməkdi.
Tədbir "ustad dərsləri", komandaların rəngarəng yürüşləri, hər yaş qrupunun zövqünə xitab edəcək əyləncə proqramları ilə yadda qalacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC