"Qarabağ" və "Zirə"
arasında keçiriləcək Azərbaycan kubokunun final matçı və öncəsindəki tədbirlərdə rahat şəkildə iştirakın təmin edilməsi məqsədilə media nümayəndələri üçün nəqliyyat vasitəsi ayrılacaq.
Presssport.az xəbər verir ki, bu haqda PFL-in mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, oyunöncəsi mətbuat konfransları və açıq məşqlərdə iştirak üçün 1 iyun tarixində saat 15:30-da metronun Koroğlu stansiyasının qarşısından (“Piramida”nın arxasından) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobus “Liv Bona Dea Arena”ya yola düşəcək. Geri dönüş isə saat 19:00-da olacaq. Media nümayəndələri mövsümlük akkreditasiyalarını təqdim etməklə nəqliyyat vasitəsinin xidmətindən yararlana bilər.
Oyun günü, yəni 2 iyun tarixində də media təmsilçiləri üçün avtobus ayrılacaq. 18:00-da metronun Koroğlu stansiyasının qarşısından “Liv Bona Dea Arena”ya üz tutacaq avtobus matçın və mükafatlandırma mərasiminin bitmə saatına uyğun olaraq əks istiqamətdə çıxış edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC