1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Laçın şəhər 2 nömrəli tam orta məktəb və Laçın rayonu, Zabux kənd tam orta məktəbinin şagirdləri arasında mini-futbol üzrə yoldaşlıq oyunu keçirilib.
Presssport.az xəbər verir ki, Laçın İdman Kompleksində baş tutan oyunda Futbolun İnkişaf Fondu (FİF) tərəfindən uşaqlara toplar təqdim olunub.
FİF 2023-cü ildə UEFA Uşaq Fondundan verilən mükafat çərçivəsində uşaq futbolunun inkişafı məqsədilə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasına 500 ədəd futbol topu ianə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC