Boks millimiz Avropada Paris-2024-ə ən çox lisenziya qazanan iki ölkədən biridi

Azərbaycanın boks millisi Avropada Paris-2024 Yay Olimpiya Oyunlarına ən çox lisenziya qazanan iki ölkədən biridi.

Presssport.az Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yalnız İspaniya yığmamız qədər vəsiqə əldə edib - 5.

Avropa təmsilçilərindən İrlandiya və Fransa 4 lisenziya ilə növbəti sıralarda qərarlaşıblar.

Olimpiadada iştirak edəcək 121 boksçudan yalnız 48-si Avropanı təmsil edir. “Köhnə qitə”nin cəmi 20 ölkəsi buna müvəffəq olub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC