Azərbaycanın cüdo referiləri Pərviz Hüseynov və Mehman İmamquliyev B kateqoriyalı lisenziya əldə edib.
Presssport.az xəbər verir ki, onlar buna Avstriyanın Qrats şəhərində Avropa Cüdo Birliyi (EJU) tərəfindən təşkil olunan imtahanda nail olub.
İlkin olaraq hakimlər nəzəri hissəyə dair, daha sonra, iyunun 1-2-də keçirilən gənclər arasında Avropa Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan verib. Həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə keçən hakimlər B kateqoriyalı hakimlik lisenziyasını əldə edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC