Ölkəsində tarix yazan mütəxəssis millimizi çalışdıra bilər - aktiv danışıqlar gedir

AFFA-nın Azərbaycan millisinin baş məşqçi postuna axtarışları davam edir.

Presssport.az xəbər verir ki, hazırda aktiv danışıqların getdiyi mütəxəssis İqor Angelovskidir.

Şimali Makedoniyadan olan çalışdırıcı 2020-ci ildə ölkəsinin millisini tarixində ilk dəfə Avropa çempionatına aparması ilə yadda qalıb.

48 yaşlı mütəxəssis millidən başqa vətənində "Rabotniçki", Xorvatiyada "Gorica" və Qazaxıstanda "Kaspi" klublarını çalışdırıb.

Angelovski bir neçə gün əvvəl Albaniya və Azərbaycan milliləri arasında baş tutan yoxlama matçını da stadiondan canlı izləyib.

Hazırda işsiz olan əcnəbi mütəxəssisin millimizin başına keçmək şansı yüksəkdir (sportinfo.az)


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC