Atletimiz Avropa birinciliyində 3 qızıl medal qazanıb

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycan idmançısı 3 qızıl medal qazanıb.

Presssport.az xəbər verir ki, Kamran Xappayev birdən qaldırma hərəkətində 102 kq çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin qalibi olub.

O, təkanla qaldırma hərəkətində də eyni uğura imza atıb. Belə ki, 125 kq-ı ram edən Kamran rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. Təmsilçimiz toplam 227 kq (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yarışdakı digər atletimiz Əbdülhüseyn Hüseynov 207 kq (95+112) nəticə ilə yekun sıralamada 6-cı olub.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC