“Kəpəz” Azərbaycanda 2 müxtəlif vaxtda çıxış etmiş serbiyalı futbolçu əYovan Krnetanı baxışdan keçirib. Komandanın baş məşqçisi Adil Şükürov Presssport.az-a açıqlamasında vaxtilə “Zirə”də rəhbərliyi altında çıxış etmiş təcrübəli mərkəz müdafiəçisini bəyənmədiyini vurğulayıb: “Bizə müdafiə və hücum xəttinə legioner lazım idi. Bizə müraciət etdilər ki, Krnetaya baxaq. Biz də razılaşdıq, çünki mənə tanış futbolçudu. “Zirə”də kapitanım olub, ümid edirdim ki, indi də yaxşı formada olar. Amma indi elə durumda deyil ki, bizə kömək eləsin. Bu üzdən böyük ehtimal onu geri qaytaracağıq. Hələ ki Gəncədədi, komandadan ayrı məşq edir. Bilirsiniz, futbolçu yaşlandıqsa özünə daha yaxşı baxmalı, özünü daha yaxşı formada saxlamalıdı. Yovan mənimlə ”Zirə"nin Premyer Liqada ilk mövsümündə işlədi. Sonta 2-ci dəfə 2019-cu həmin kluba gəlib. Amma pandemiya dövründə tezlikl geri qayıdıb və sonra Serbiya I liqada oynayıb. Axırıncı dəfə noyabrın sonunda meydana çıxıb".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC