"SOCAR Georgia Petroleum" Gürcüstan millisinin İspaniya yığmasını məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətində endirim vəd edib.
Presssport.az xəbər verir ki, bu barədə "SOCAR Georgia Petroleum" şirkətinin sosial media hesabında məlumat paylaşılıb: "Portuqaliyaya vurduğumuz 2 qoldan ilhamlanaraq, bu dəfə biz də bir vəd vermək istəyirik: Gürcüstan İspaniyanı məğlub edəcəyi təqdirdə, bazar ertəsi (1 iyul tarixində) saat 14:00-dan etibarən 90 dəqiqə ərzində bütün yanacaq növlərini 2 lariyə satacağıq".
Qeyd edək ki, Gürcüstan - İspaniya matçı iyunun 30-da Bakı vaxtilə saat 23:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC