Kumandan darmadağın şərhi: "İnsanların bu heyəti 1988-ci ilin komandası ilə müqayisə etmələri üçün ilk növbədə böyük bir uğur qazanmalıyıq"

Niderland millisinin baş məşqçisi Ronald Kuman AVRO-2024-ün 1/8 finalında Rumıniya yığmasına qalib gəldikləri oyun haqda danışıb.

Presssport.az xəbər verir ki, 3:0 hesablı qələbəni şərh edən niderlandlı mütəxəssis oyunlarındakı problemlərdən də bəhs edib: "Bəzən niyə zəif oynadığınızı və ya əksinə, böyük zirvələrə çatmağınızı izah etmək çətindi. Bəzən oyuna yaxşı start vermirsən, amma istədiyin nəticəni əldə edirsən. Bunun da izahını vermək çətindir. Bu gün pis başladıq. Start istədiyimiz kimi olmadı. Amma sonra öz oyunumuzu tapdıq, gedişat xeyrimizə oldu və rəqibə problemlər yaratmağa başladıq. Bəlkə də buna diqqət yetirməliyik ki, 2-ci qolu vurmağımız çox çəkdi. Lakin ümumilikdə hücumçularımız rəqibə çoxlu problem yaratdı. Rumıniya millisinə hücum imkanı vermədik".

Kuman turnirdə asan rəqibin olmadığını əlavə edib: "Komandada çoxlu istedadlı futbolçumuz var. Ancaq insanların bu heyəti 1988-ci ilin komandası ilə müqayisə etmələri üçün ilk növbədə böyük bir uğur qazanmalıyıq. O vaxtdan futbol çox dəyişib. Son bir neçə oyunda gördünüz ki, sözün həqiqi mənasında bütün komandalar növbəti mərhələyə çıxmaqda çətinlik çəkir".

Xatırladaq ki, Niderland Hollandiya adlana dövründə Kumanın da futbolçusu olduğu milliylə 1988-ci ildə Avropa çempionu olub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC