Azərbaycanın yunan-Roma güləşçisi Serbiyanın Novi Sad şəhərində U-20 Avropa çempionatında bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, yarışın 2-ci günündə Məhəmməd Şükürzadə (63 kq) serbiyalı Deyan Berkeçə 5:1 hesabı ilə qalib gəlməklə bürünc medala sahib çıxıb.
Rahim Həsənov (55 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Servan Çinara müqavimət göstərə bilməyib – 0:8.
Davud Məmmədov (77 kq) isə təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevə (4:7), Məzaim Mərdanov (130 kq) isə bolqarıstanlı Alan Cabiyevə (0:9) məğlub olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC