UEFA Merih Demiralla bağlı qərarını açıqladı

UEFA Türkiyə millisinin futbolçusu Merih Demiralı cəzalandırıb.

Presssport.az xəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

Qitə futbol qurumu 26 yaşlı müdafiəçini 2 oyunluq diskvalifikasiya edib. Türkiyə Futbol Federasiyası (TFF) məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Xatırladaq ki, Merih Almaniyada keçirilən AVRO-2024-də Avstriya yığmasına 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı.

Onu da bildirək ki, "ay-ulduzlular" iyulun 6-da AVRO-2024-ün 1/4 finalında Niderland yığmasıyla üz-üzə gələcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC