"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasında bu mövsüm ən çox "seyv" edən qapıçıdı.
Presssport.az xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiper 10 oyunda 44 qurtarışla yadda qalıb.
İki matçda qapısını toxunulmaz saxlayan Lunyov mövqeyinin ən yaxşısı olub.
İkinci yerdə Çexiyanın "Sparta" klubunun qapıçısı Peter Vindal yer alıb. O, 10 görüşdə 36 qurtarışla yadda qalıb. Göründüyü kimi, Andrey ən yaxın izləyicisini böyük fərqlə qabaqlayır.
Xatırladaq ki, Lunyov “Qarabağ”da ilk mövsümdü çıxış edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC