"Yaşı çox ola bilər, amma böyük rəqibdi“ - Deşam

Fransa millisinin baş məşqçisi Didye Deşam Portuqaliya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün 1/4 final oyunundan danışıb.

Presssport.az xəbər verir ki, fransalı mütəxəssis keçirdiyi mətbuat konfransında belə matçların taleyinin çox vaxt xırda detallara görə həll olunduğunu vurğulayıb: “Hər iki komandada fərq yarada biləcək futbolçular var. Portuqaliya millisində də bizim komandada olduğu kimi, çox gözəl futbolçular çıxış edir. Avropanın ən yaxşı komandalarından biriyik. Əminəm ki, bu, vacib oyun olacaq".

Deşamın fikrincə, tarixən aralarında olan matçlar çox gərgin keçir: "Turnirin bu mərhələsində nadir hallarda birtərəfli oyunlar olur. Əvəzetmə xatirinə əvəzləmələr etmək üslubum deyil. Bəli, həqiqətən də onların çoxunu əvvəllər etməmişəm. Meydanda olan futbolçularda yorğunluq əlaməti yox idi”.

Təcrübəli mütəxəssis Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo haqda da danışıb:

“Ronaldo oyunun nəticəsini həll edə və qol vurmağı bilən oyunçudur. Onda bu keyfiyyət həmişə olub, olacaq da. Yaşı çox ola bilər, amma böyük rəqibdi”.

Qeyd edək ki, Portuqaliya - Fransa oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC