"Sabah" serbiyalı hücumçu transfer etdi - RƏSMİ

Konfrans Liqasında təmsilçimiz "Sabah" yeni transfer edib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə imzalanıb.

"Srvena Zvezda"nın yetirməsi olan 23 yaşlı futbolçu karyerası ərzində Almaniyanın "Ersgebirge" (2019-2020), "Ayntraxt" (Braunşveyq, 2020-2021), Slovakiyanın "Trençin" (2021-2024) və "Dubnitsa" (2021-2022) klublarında çıxış edib.

Neqoş "Sabah"da 29 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, “Sabah” yay fasiləsində bunadək yaamaykalı Kahim Parrisi birdəfəlik transfer edib, almaniyalı Coy-Lens Mikelsi qaytarıb və xorvatiyalı İvan Lepinitsanı heyətinə qatıb. 
 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC