Basketbol millilərimiz yoldaşlıq görüşündə üz-üzə gəlib

Bakıda təlim məşq toplanışında olan Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 və U-18 milliləri yoldaşlıq oyununda üz-üzə gəlib.

Presssport.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Texniki Universitetin idman zalındakı qarşılaşma U-16 yığmasının qələbəsi ilə yekunlaşıb - 65:58.

Yeniyetmələrin hazırlıq prosesindəki əsas məqsədi müvafiq olaraq 9-14 iyul aralığında Albaniyanın paytaxtı Tirana və iyulun 23-dən 28-dək eyni ölkənin Elbasan şəhərində keçiriləcək Avropa çempionatı C divizionunun oyunlarına hazırlaşmaqdı.

U-16 millisinin toplanışı iyulun 6-da, digər komandanın isə iyulun 15-də başa çatacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC