"Neftçi"nin baş məşqçisi püşkü dəyərləndirdi: "Rəqibimiz güclüdü, amma futbolda hər şey ola bilər"

"Düşünürəm ki, “Sankt-Polten” çox ciddi və təcrübəli rəqibdi. Avstriya təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə qədər irəliləyib. Ümid edirəm ki, həmin matçlara qədər tam hazır olacağıq. Rəqib güclüdü, amma futbolda hər şey ola bilər. “Sankt Polten”i təhlil edəcəyik".

Presssport.az xəbər verir ki, bunu "Neftçi"nin qadın futbolçulardan ibarət komandasının baş məşqçisi Siyasət Əsgərov Çempionlar Liqasının püşkatması barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis hazırlıq planları barədə də danışıb: "Növbəti həftədən məşqlər bərpa olunacaq. Komandadan gedənlər də var. Amma yeni transferlər də gerçəkləşdirəcəyik. Ölkə daxilindən və xaricindən oyunçularla danışıqlar gedir. Yaxın günlərdə bu barədə məlumat veriləcək".

Xatırladaq ki, “Neftçi”nin yer aldığı II qrupda “Vlajniya” (Albaniya) və “Lançxuti” (Gürcüstan) komandaları də yer alıb. Bakı klubu ilk matçını “Sankt-Polten”ə qarşı keçirəcək. Reqlamentə əsasən, cütlərin qalibləri və məğlubları bir-biriylə qarşılşacaq.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC