Azərbaycanın daha bir atleti Paris Yay Paralimpiya Oyunlarında iştirak edəcək.
Presssport.az Milli Paralimpiya Komitəsinin (MPK) mətbuat xidmətinə istinadən xəbər verir ki, paraatlet Rüfət Rəfiyev Paris-2024-də mübarizə aparacaq.
Yüksək idman nəticələri nəzərə alınaraq Dünya Atletika Federasiyası tərəfindən ona lisenziya verilib.
Bu, idmançının iştirak edəcəyi ikinci Paralimpiya Oyunları olacaq. Rəfiyev Rio-2016 Paralimpiadasında debüt edib.
Xatırladaq ki, Paris Yay Paralimpiya Oyunları avqustun 28-də start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC