AVRO-2024-ün qalibi olan İspaniya millisinin bu turnirdən əldə etdiyi gəlir açıqlanıb.
Presssport.az xəbər verir ki, finalda İngiltərə yığmasını məğlub edən (2:1) pireneylilər yarışda iştirak etdiyinə görə 9,25 milyon avro qazanıb. Qrup mərhələsindəki 3 qələbə ispanlara 3 milyon avro verib.
Komanda 1/8 finaldakı qələbəyə görə 1,5, 1/4 finaldakı qalibiyyətə görə isə 2,5 milyon avro əldə edib. Yarımfinaldan 4 milyon avro qazanan ispanlar turnirin çempionu olduqları üçün bundan 2 dəfə artıq - 8 milyon avro da qazanıb.
UEFA-nın rəsmi saytında yer alan maddəyə görə, qrup mərhələsindəki hər 3 matçda qələbə qazanaraq çempion olan komanda maksimum mükafata - 28,25 milyon avroya sahib olur. Bu da o deməkdir ki, İspaniya millisi UEFA-dan 28,25 milyon avro alacaq.
Onu da bildirək ki, turnirin finalçısı olan İngiltərə millisi 24 milyon avro qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC