Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.
Presssport.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti paraddan 16-cı keçib.Azərbaycan nümayəndə heyəti paraddan 16-cı keçib.
Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyıb.
Tarixdə ilk dəfə yarışın açılış mərasimi stadiondan kənarda - Parisin mərkəzində keçirilir. İdmançıların paradı Sena çayından qayıqla keçməklə təşkil olunur.
Xatırladaq ki, Azərbaycan millisi sayca 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC