Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Presssport.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan milliləşdirilən gürcü legionerimiz 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Martti Puumalainen (Finlandiya) ilə görüşəcək.
Xatırladaq ki, Uşanqi Olimpiadaya 9 təmsilçi ilə yollanan cüdo yığmamızın son təmsilçisidi. Cüdoçularımızdan daha əvvəl Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC