Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.
Presssport.az xəbər verir ki, qurum rəsmisi Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Başakşehir” (Türkiyə) – “İberiya” (Gürcüstan) oyununun UEFA nümayəndəs olacaq.
Avqustun 15-də İstanbulda “Başakşehir Fatih Terim” stadionunda keçiriləcək cavab matçını polşalı baş hakim Pavel Raczkovski idarə edəcək.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC