Futbol ictimaiyyəti "Qarabağ"ın matçı üçün bir yerə toplanır

"Qarabağ"ın Avropa Liqasında "Braqa" (Portuqaliya) ilə səfər matçı Bakıdakı ticarət mərkəzlərindən birinin kino zalında nümayiş etdiriləcək.

Presssport.az xəbər verir ki,  “Misli” və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə Ağdam təmsilçisinin “Braqa” ilə keçirəcəyi səfər matçı böyük ekranda yayımlanacaq. 

Bakı vaxtı ilə fevralın 15-i saat 00:00-da start götürəcək oyun qonaqlara 28 MALL ticarət mərkəzində yerləşən kino zallarından birində təqdim olunacaq. 

Dəvətlilər arasında AFFA, PFL rəsmiləri, futbol veteranları, Premyer Liqa, 1-ci və 2-ci Liqa klublarının rəsmiləri, idman mediasının əməkdaşları və bir çox xüsusi qonaqlar yer alacaq (qol.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC