“Omoniya” Konfrans Liqasının pley-off mərhələsində “Zirə” ilə Nikosiyada keçiriləcək oyundan öncə azarkeşlərə müraciət edib.
Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kipr klubu müraciətində azarkeşlərini diqqətli olmağa və aqressiv davranış nümayiş etdirməməyə çağırıb.
Bu da səbəbsiz deyil. Belə ki, "Omoniya”ya UEFA tərəfindən şərti cəza verildiyinə görə, ən kiçik qayda pozuntusu GSP stadionunun qərb tribunasının bağlanmasına səbəb olacaq.
Xatırladaq ki, "Omoniya" - "Zirə" matçı sabah adıçəkilən arenada Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC