Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırıb.
Presssport.az bu, "Zirə"nin ötən gün Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Kiprin "Omoniya" klubunun məğlub etməsi (1:0) sayəsində mümkün olub.
Səfərdə rəqibinə 6 cavabsız qolla uduzan "qartallar" ölkə reytinqinə 0,250 əmsal qazandırıb. 26-cı sırada yer alan Azərbaycanın əmsalı 19,125-ə bərabərdi.
Çempionlar Liqasında Zaqreb “Dinamo”suna uduzan (0:2) "Qarabağ" bu həftə reytinqə xal qazandıra bilməyib.
25-ci pillədəki Kiprin 19,725, 27-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.
Onu da bildirək ki, 55 ölkənin yer aldığı reytinq siyahısına İngiltərə (89.303) başçılıq edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC