“Məqsədim Vətənə çempion olaraq qayıtmaq idi. Amma müəyyən səhvlərə görə qızıl medalı əldən verdim”.
Presssport.az xəbər verir ki, bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) deyib.
K44 kateqoriyasında mübarizə aparan idmançımız 19 yaşında paralimpiadada mükafat əldə etməyin qürurverici olduğunu vuğrulayıb: "Yeni hədəflərim var. Dünya və Avropa çempionu olmaq, həmçinin Los-Anceles-2028 Paralimpiadasında qızıl medal qazanmaq istəyirəm. Dəstəyinə və diqqətinə görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman Nazirliyinə, Milli Paralimpiya Komitəsinə, Taekvondo Federasiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümü bildirirəm".
Xatırladaq ki, Sabir sentyabrın 8-də başa çatacaq paralmpiadada ölkəmizə ilk medalı qazandırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC