Bu gün I Liqanın ilk turunun son oyunları keçirilib.
Presssport.az xəbər verir ki, “Qəbələ” öz meydanında “Zaqatala”nı qəbul edib.
Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.
Oyundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxabar Tsxadadze klubun mətbuat xidmətinə açıqlama verib. Oyunla bağlı fikirlərini bildirən gürcü mütəxəssis bunları deyib: “Çempionatda birinci oyunlar hər zaman həyəcanlı və çətin olur. Futbolçulardan razıyam. Hamısı əziyyət çəkdilər, qol imkanlarımız da oldu. Lakin daha çox qol epizodları yaratmaq və onları dəyərləndirmək lazımdı. Rəqibimiz də yaxşı oynadı. Ümumilikdə deyə bilərəm ki, yaxşı oyun oldu. Heyətimizin 95 faizi dəyişib. Buna baxmayaraq, rəqiblərimiz də bizə qarşı çox böyük motivasiya ilə oynayır. Rəqib komandanın nəticəyə görə necə böyük bayram etdiklərini də gördüm. Bizdə də yaxşı oyun gördük. Amma hücumda keyfiyyəti daha da artırmaq lazımdı".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC