DÇ-2026-nın seçmə mərhələsinin X turu çərçivəsində evdə Boliviyanı 6:0 hesabı ilə məğlub edən Argentina millisinin kapitanı Lionel Messi yeni uğura imza atıb.
Presssport.az xəbər verir ki, darmadağında 3 qol və 2 məhsuldar ötürmə ilə böyük pay sahibi olan 37 yaşlı hücumçu milli komandalar tarixinin ən yaxşı bombardirlərinin siyahısında 2-ci yerə yüksəlib.
189-cu milli matçında hesabındakı qolların sayını 112-yə çatdıran Messi İran yığmasının sabiq azərbaycanlı forvardı Əli Daeini (109 qol) geridə qoyub. Hazırda Lionel yalnız Kriştiano Ronaldodan (133 qol) geri qalır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC