"Mançester Siti" Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib.
Presssport.az xəbər verir ki, “şəhərlilər” buna Liqa mərhələsinin III turunda Çexiya "Sparta"sına qalib gəlməklə (5:0) nail olub.
Nəticədə Xosep Qvardiolanın komandası ÇL-də məğlubiyyətsiz oyunlar seriyasını 26-ya çatdırıb. Mançesterlilər son dəfə 2021/22 mövsümündə yarımfinalın cavab görüşündə "Real"a uduzub - 1:3.
Ötən mövsüm 1/4 finalda "Mançester Siti" yenə "Real" səddini aşa bilməyib. Lakin bu dəfə komanda oyunda yox, penaltilər seriyasında məğlub olub.
ÇL-də indiyədək ən uzun məğlubiyyətsizlik seriyası "Mançester Yunayted"ə məxsus idi. Şotlandiyalı baş məşqçi Aleks Ferqyusonun rəhbərliyi altında “qırmızı şeytanlar” ardıcıl 25 matç uduzmamışdı.
Onu da bildirək ki, "Mançester Siti" 3 turdan sonra Liqa mərhələsinin sıralamasında 7 xalla 5-cidi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC