FİFA prezidenti İlham Əliyevlə görüşüb, ona xatirə hədiyyələri təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də FİFA prezidenti Canni İnfantino ilə görüşüb.

Presssport.az xəbər verir ki, dünya ali ffutbol qurumunun başçısı xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlətimizin başçısına təqdim edib.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA prezidenti Rövşən Nəcəf, hazırda FİFA-da direktor vəzifəsində çalışan Elxan Məmmədov da iştirak edib.

Xatırladaq ki, İnfantino COP29-da iştirakla bağlı ölkəmizə səfərə gəlib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC