Üzgüçülük üzrə Azərbaycan millisi Mingəçevirdə yerləşən "Kür" Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vurub.
Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə noyabrın 5-dən başlayan təlim-məşq toplanışında 16 üzgüçü və 5 məşqçi iştirak edib. Komanda hər biri 3 saat olmaqla gündə 2 dəfə məşq edib.
Millinin baş məşqçisi Rəşad Əbdürrəhmanov təlim-məşq toplanışının məqsədinin qarşıdan gələn vacib yarışlara hazırlıq olduğunu söyləyib: “5-24 noyabrda milli tam heyətlə təlim-məşq toplanışına qatıldı. Təlimlərin əsas məqsədi 27-30 noyabrda Bakı Su İdmanı Sarayında təşkil olunacaq Azərbaycan Açıq Qış çempionatına və ən əsası 18-23 dekabrda Estoniyanın Tartu şəhərində keçiriləcək Estoniya Açıq Qış çempionatına hazırlıqdır. Milli üzvləri Azərbaycan çempionatına yüklü formada çıxacaq. Yəni ki, təlim-məşq toplanışının ardından yarışlarda iştirak edəcəklər. Toplanışda məqsəd həmçinin üzgüçülərimizin 3 həftə ərzində aerob-anayrob qarışıq iş qabiliyyətlərinin artırılması idi. Azərbaycanda təşkil olunan yarışlardan sonra 5-18 dekabrda idmançılarımız Estoniya səfərinə hazırlığa başlayacaq. Bu yarışlarda üzgüçülərimizdən yüksək nəticələr gözləyirik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC