"Araz-Naxçıvan"ın kapitanı məşqlərə başladı

“Kəpəz”lə oyundan sonra 2 gün istirahət edən “Araz-Naxçıvan” məşqlərini bərpa edib.

Presssport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi bu gün Buzovna qəsəbə stadionundakı məşqdə isinmə hərəkətlərindən sonra gücün bərpasına aid çalışmalar yerinə yetirib.

“Qırmızı-ağlar”da bir müddət əvvəl cərrahiyyə əməliyyatı olunan kapitan Vadim Abdullayev və zədə səbəbindən kənarda qalan Bayraməli Qurbanov fiziki hazırlıq üzrə məşqçi Teodor Terzievin rəhbərliyi altında fərdi məşqlərə başlayıb.

Xatırladaq ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının XV turunda “Turan Tovuz”la qarşılaşacaq. Noyabrın 29-da “Liv Bona Dea Arena”da saat 16:00-da start götürəcək görüş “CBC Sport”la canlı yayımlanacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC