“Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov rusiyalı baş məşqçiləri Kurban Berdıyevin vəzifəsindən ayrılmasıyla bağlı iddialara aydınlıq gətirib.
xəbər verir ki, klub funksioner Rusiya mətbuatına açıqlamasında yayılan xəbərin tam həqiqətəuyğun olmadığını açıqlayıb: "Kurban Berdıyevi işdən çıxarmamışıq və bunu etmək niyyətində deyilik. Komandamız 3-cü pillədədi. Baş məşqçimizlə hansısa münaqişə yoxdu. Başa düşmürəm ki, belə məlumatları kim yayır... Berdıyev Bakıdadı və kollektivlə işləməyə davam edir”.
Xatırladaq ki, bu gün Rusiya mətbuatında “Turan Tovuz” rəhbərliyi ilə 72 yaşlı mütəxəssisin münasibətlərinin pozulduğu və mütəxəssisin istefa verdiyi haqda xəbərlər dərc edilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC