"Vasiliyə uğurlar arzulayıram. Hər liqanın özünə görə çətinliyi var. Premyer Liqanın aşkar lideri var ki, o da "Qarabağ"dı. Bu komanda çox yaxşı komplektləşib və beynəlxalq arenada çıxış edir. Həmçinin "Neftçi"ni də yaddan çıxarmaq olmaz".
Presssport.az xəbər verir ki, bu fikirləri "Matç TV"yə açıqlamasında "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin deyib.
77 yaşlı rusiyalı mütəxəssis gənc həmkarı Vasili Berezutskinin "Sabah"a təyinatına münasibət bildirərək özünə tanış olan çempionatımızı dəyərləndirib: "Orda rəqiblər ciddidi, futbol isə inkişaf edir. Berezutski böyük peşəkar perspektivlər vəd edən yaxşı mühitə düşəcək. Yəqin ki, Vasiliyə Azərbaycan çempionatında çalışmaq maraqlı olacaq. Bu, çox səviyyəli və ciddi çempionatdır. Sabiq futbolçunun məşqçi olması çox yaxşıdı. Futbolçu keçmişi Vasiliyə kömək edəcək”.
Qeyd edək ki, Masazır təmsilçisi dünən 42 yaşlı rusiyalı məşqçi ilə 2,5 illik müqavilə bağlayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC