İdman gimnastikası üzrə kişilər arasında XXIX, qadınlar arasında VIII Azərbaycan çempionatı və birinciliyi başa çatıb.
Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2 gün davam edən turnirdə müxtəlif yaş kateqoriyaları üzrə gimnastlar mübarizə aparıb.
Yarışda Balakən Olimpiya İdman Kompleksi, “Ocaq” Sport Klubu (Bakı və Sumqayıt bölmələri), "Təhsil" Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi və Sumqayıt Olimpiya Kompleksindən 17 qadın, 33 kişi olmaqla ümumilikdə 50 idmançı bacarığını göstərib.
Qadın idman gimnastikasında – uşaqlar (2014-2015-ci il təvəllüdlülər), yeniyetmələr (2012-2013-cü il təvəllüdlülər), gənclər (2009-2011-ci il təvəllüdlülər), böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər), kişi idman gimnastikasında isə yeniyetmələr (2011-2012-ci il təvəllüdlülər), gənclər (2009-2010-cu il təvəllüdlülər) qrup B, gənclər (2007-2008-ci il təvəllüdlülər) qrup A və böyüklər (2006-cı il təvəllüdlülər və daha böyüklər) kateqoriyalarında idmançılar öz performanslarını nümayiş etdirib.
Yarışın 1-ci günündə gimnastlar fərdi çoxnövçülük üzrə, 2-ci gündə isə ayrı-ayrı alətlərdə (dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) çıxışlar sərgiləyib.
Sonda hər kateqoriya üzrə qalib olan gimnastlar mükafatlandırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC