Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2024-cü ilin son reytinqindəki mövqeləri bəlli olub.
Presssport.az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytında məlumat verilib.
Şəhriyar Məmmədyarov (2738 xal) 16-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698 xal) 33-cü, Rauf Məmmədov (2656 xal) 69-cı sıradadır.
Siyahıya norveçli Maqnus Karlsen (2831 xal) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2805 xal) 2-ci, bu ölkənin digər şahmatçısı Hikaru Nakamura (2802 xaç) 3-cüdü.
Qadınlardan Günay Məmmədzadə (2421 xal) 36-cı, Gövhər Beydullayeva (2404 xal) 43-cü, Ülviyyə Fətəliyeva (2381 xal) 67-ci, Xanım Balacayeva (2362 xal) 83-cü yerdədi.
Burda ilk 3 pillədə çinli şahmatçılar - Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2561) qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC